Bakıda azyaşlı qız atasının avtomobilinin altına düşərək ölüb
    • 11-03-2019, 12:42
    • 545

Bakıda azyaşlı qız atasının avtomobilinin altına düşərək ölüb

Binəqədidə bədbəxt hadisə ölümlə nəticələnib. 

News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Martın 10-da Binəqədi qəsəbəsində yaşayan F.Soltanlı evinin həyətində “Mercedes” markalı avtomobilini saxlayıb düşüb, bu zaman avtomobil əyləcdən çıxıb hərəkətə gəldiyindən azyaşlı qızı təkərin altında qalaraq ölüb. 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.