Meymun 4 aylıq körpəni damdan atdı
    • 28-08-2023, 11:36
    • 246

Meymun 4 aylıq körpəni damdan atdı

Hindistanın Rampur şəhərində meymun 4 aylıq körpəni damdan atıb.

News24.az xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri məlumat yayıb.

Məlumata görə, 4 aylıq körpəsinin yoxa çıxdığını anlayan ailənin evdən çölə çıxaraq meymunun kiçik qızı daşıyarkən divara dırmaşdığını gördüyü bildirilib. Ailənin körpəni xilas etmək üçün əllərindəki əşyalar atmasından sonra meymunun kiçik qızı dırmaşdığı evin damından atdığı qeyd edilib.

4,5 metr hündürlükdən atılan körpəni ailəsinin əlində saxladığı, hadisə zamanı xəsarət alan qızın başında 10 tikişin olduğu, səhhətinin yaxşı olduğu bildirilib.

Aydan