Ana 3 aylıq körpəni maşında unutdu – Geri döndüyündə...
    • 30-07-2018, 12:33
    • 1 046

Ana 3 aylıq körpəni maşında unutdu – Geri döndüyündə...

Amerikada çox üzücü bir hadisə baş verib. 

News24.az xəbər verir ki, ana 3 aylıq körpəsini maşına qoyaraq körpələr evinə aparmaq istəyib. Körpəni uşaq evinə verdiyini düşünən ana işə gedib. Uşaq isə, maşının arxa oturacağında qalıb. 

Aiden Milleri maşında unutduğunu anidən düşünən ana geri döndüyündə artıq gec idi. Körpə, havasızlıqdan ölmüşdü. 
Həyat yoldaşından ayrı yaşayan ata isə bu sözləri deyib: “Bunun necə baş verdiyini indiyə qədər anlaya bilmirəm. Amma, hadisə olmuş artıq. Uşağını bu cür itirən valideynə heç nə etibar etmək olmaz. Qəlbim qırılıb, tək təsəllim 2 yaşlı qızımın həyatda qalmasıdır”. 


Elvin Nüsrətoğlu