Qədim Şərq və Qərb musiqisinə həsr olunmuş gecə keçiriləcək - FOTO
    • 11-03-2019, 14:51
    • 781

Qədim Şərq və Qərb musiqisinə həsr olunmuş gecə keçiriləcək - FOTO

16 mart 2019-cu il tarixində Avstriyanın Azərbaycandakı Səfirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə qədim Şərq və Qərb musiqisinə həsr olunmuş tədbir keçiriləcək.

News24.az xəbər verir ki, tədbir çərçivəsində saat 17:00-da ekspertlərin və tələbələrin iştirakı ilə “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” mövzusunda dəyirmi masa keçiriləcək.

Saat 19:00-da isə Avstriyalı professor Tomas Şallabök, Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı Məmmədəli Məmmədovun bədii rəhbərliyi və Xalq artisti, professor Fəxrəddin Dadaşovun rəhbərliyi altında “Əsrlərin sədası“ ansamblının qədim Şərq və Qərb musiqisinə həsr olunmuş birgə konserti təşkil olunacaq.