Britaniya və Ukrayna azad ticarət sazişi haqqında danışıqlar aparır
    • 28-08-2023, 20:03
    • 1 287

Britaniya və Ukrayna azad ticarət sazişi haqqında danışıqlar aparır

Böyük Britaniya və Ukrayna müharibə başa çatdıqdan sonra ölkələr arasında azad ticarət sazişinin bağlanmasının mümkünlüyünü müzakirə etməyə başlayıb.

News24.az “Report”a istinadən xəbər verir ki, bu barədə TASS Britaniya mətbuatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna Böyük Britaniyanın 76-cı ən böyük ticarət tərəfdaşıdır, Britaniyanın ümumi ticarət dövriyyəsinin 0,1%-i onların payına düşür.

Nəşr qeyd edib ki, Britaniya tikinti şirkətləri müharibə başa çatdıqdan sonra Ukrayna infrastrukturunun bərpası üçün müqavilələr əldə etməkdə xüsusilə maraqlıdır.