-
- 29-08-2023, 10:34
- 213
Azərbaycanda yeni doğulmuş körpə evdə ÖLDÜ
Cəlilabadda yeni doğulmuş körpə evdə ölüb.
News24.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Belə ki, rayon sakini 1993-cü il təvəllüdlü Firuzə Ağayevanın avqustun 22-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyaya gətirdiyi körpə avqustun 28-də yaşadığı evdə ölüb.
Faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.