Bərdədə körpə xəstəxanada öldü
    • 22-08-2022, 11:22
    • 344

Bərdədə körpə xəstəxanada öldü

Yenidoğulmuş uşağın Bərdə rayon mərkəzi xəstəxanası PHŞ-də ölməsi faktı ilə bağlı Bərdə rayon prokurorluğunda araşdırılır.

Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məlumata görə, avqustun 20-də Ağcabədi rayon sakini 1997-ci il təvəllüdlü ananın Bərdə rayon mərkəzi xəstəxanası PHŞ-nin Bərdə doğum evində qeysəriyyə əməliyyatı ilə doğulmuş uşağının həmin gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.