Şok kadrlar: kanalizasiyadan körpə çıxarıldı - VİDEO
    • 17-08-2018, 12:32
    • 1 087

Şok kadrlar: kanalizasiyadan körpə çıxarıldı - VİDEO

Hindistanda dəhşətli hadisə baş verib.

News24.az xəbər verir ki, Tamil Nadu ştatının Valasaravakkam rayonunda, küçədəki kanalizasiya quyusundan yeni doğulmuş körpə çıxarılıb.


Sübh zamanı küçə ilə gedən südsatan kanalizasiya quyusundan uşaq ağlartısının səslərinin gəldiyini eşidib. O, quyunun qapağını qaldırmağa başlayanda səsə yaxınlıqdakı evdə yaşayan qadın gəlib.

Yeni doğulmuş körpə sağ-salamat çıxarılıb.

Qonşu evdə yaşayan Gita xanım  uşağı övladlığa götürüb və ona Sutantiram ("azadlıq") adı verib.