Kərbəlaya zəvvar daşıyan avtobus AŞDI: 20 ÖLÜ
    • 29-08-2023, 10:44
    • 2 036

Kərbəlaya zəvvar daşıyan avtobus AŞDI: 20 ÖLÜ

İraqda iranlı zəvvarları daşıyan avtobus aşıb.

News24.az xəbər verir ki, bu barədə İranda Ərbəin Mərkəzi Qərargahının sözçüsü Cavad Təşəkküri məlumat verib. 

O, İraqda avtobusun aşması nəticəsində Ərbəin ziyarətinə (İnam Hüseynin şəhid olmasının 40-cı gün mərasimləri) yollanan 20 iranlı zəvvarın öldüyünü, çox sayda insanın yaralandığını bildirib. 

İranın İraqdakı Səfirliyinin rəsmisi yaralanan 7 iranlı zəvvarın adını açıqlayıb və yaralılar arasında üç azyaşlının da olduğunu qeyd edib.

Aynurə