-
- 20-09-2022, 10:03
- 318
Ərbəin mərasimində 100-ə yaxın iranlı zəvvar həlak oldu
İraqda Ərbəin mərasimi zamanı 100-ə yaxın İran vətəndaşı həlak olub.
News24.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Bağdaddakı səfiri Məhəmməd Kazem as-Sadek açıqlayıb.
Onun sözlərinə görə, sözügedən İran zəvvarlar yol-nəqliyyat hadisələri, xəstəlik və yaxud yaşlarının çox olması səbəbindən dünyalarını dəyişib.
O bildirib ki, bu il Kərbəla şəhərinə rekord sayda, yəni təqribən 3 milyon iranlı zəvvar gedib.
İraq rəhbərliyinin rəsmi məlumatına görə isə, bu il ölkədə Ərbəin mərasimində 21 milyondan çox insan iştirak edib.