Priqojin harada dəfn olunacaq?
Dünya
“Vaqner”in rəhbəri Yevgeni Priqojinin və onunla birlikdə ölən digər şəxslərin dəfn olunduğu yer hələ də məlum deyil.
News24.az xəbər verir ki, bu barədə Sankt-Peterburqun “Fontanka” nəşri məlumat yayıb.
Lakin ehtimallara görə, onlar Sankt-Peterburqdakı Serafimovski qəbiristanlığında dəfn olunacaqlar. Məlumata görə, avqustun 29-na keçən gecə qəbiristanlığın bütün girişlərində polis dəstələri yerləşdirilib və əsas girişin qarşısında metal detektor çərçivələri qoyulub.
Xatırladaq ki, avqustun 23-də Moskvadan Sankt-Peterburqa uçan şəxsi təyyarə Tver vilayətində qəzaya uğrayıb, nəticədə Yevgeni Priqojin də daxil olmaqla göyərtəsində olan 10 nəfər hamısı həlak olub.
Akqabay