Paşinyan da Rusiyaya gedir
Dünya
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 21-22-də Rusiyada işgüzar səfərdə olacaq.
News24.az xəbər verir ki, bu haqda onun mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
O bildirib ki, Paşinyan dekabrın 21-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək. Dekabrın 22-də isə MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Azərbaycan lideri İlham Əliyevin Rusiyaya səfər edəcəyini açıqlayıb.