-
- 29-08-2023, 17:52
- 342
Yeni doğulmuş körpə niyə ölüb? - TƏFƏRRÜAT
Cəlilabad rayonunda yeni doğulmuş körpənin ölümünün təfərrüatı məlum olub.
News24.az Report-a istinadən xəbər verir ki, yeni doğulan körpə kafi vəziyyətdə evə yazılıb.
Qeyd edilib ki, Ağayeva Firuzə Əflatun qızı avqustun 22-də xəstəxanaya daxil olub və təbii doğuşla oğlan cinsli körpə dünyaya gətirib.
Çəkisi 2,7 kq, boyu 48 sm olan körpənin xəstəxanada yatdığı vaxtı bütün həyati göstəriciləri normal olub:
"Sonra ana özü və uşağının evə buraxılması üçün iltizamnaməyə qol çəkib. Onlar normal və sağlam uşaqla evə yazılıblar. Daha sonra körpə yaxınları tərəfindən xəstəxanaya gətirilib. Lakin onun artıq öldüyü məlum olub".
Qeyd edək ki, rayon sakini 1993-cü il təvəllüdlü Firuzə Ağayevanın avqustun 22-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyaya gətirdiyi körpə avqustun 28-də yaşadığı evdə ölüb.
Faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.