Sərxan Elnarənin MÜDAFİƏSİNƏ QALXDI: “Bilib-bilmədən ağzınıza gələni...”
    • 29-08-2023, 18:28
    • 871

Sərxan Elnarənin MÜDAFİƏSİNƏ QALXDI: “Bilib-bilmədən ağzınıza gələni...”

Müğənni, Əmədar artist Elnarə Abdullayevanın bir müddət öncə açıqlamalarının birində plastik əməliyyat keçirən həmkarlarını qınaması və sonradan özünün də estetik əməliyyat etdirməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

News24.az Yenicag.az-a istinadən xəbər verir ki, sənətçinin estetik prosedurlar etdirərkən çəkilən videosu birmənalı qarşılanmayıb. Sənətçi başqalarının əməliyyat keçirməsinə pis baxdığı halda, özünün belə prosedurlar etdirməsi sərt tənqid atəşinə tutulub.

Elnarəni bu əməliyyata aparan dostu, şoumen Sərxan Kərəmoğlu müğənninn müdafiəsinə qalxıb:

“Elnarə xanım harada deyib ki, mən heç vaxt plastik əməliyyat etdirmərəm və plastik əməliyyata pis baxıram. Həmin o dediyi yeri kəsib mənə göndərin. Bilib-bilmədən ağzınıza gələni yazmayın”.