Həbsdəki general 40 milyon manatı QAYTARDI
    • 30-08-2023, 13:09
    • 995

Həbsdəki general 40 milyon manatı QAYTARDI

Azərbaycanda həbsdə olan generalın məhkəməsi başlayır. 

News24.az-ın məlumatına görə, külli miqdarda mənimsəmədə təqsirləndirilərək həbs edilən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

General-mayor istintaq materialları ilə tanış olub. 

Cinayət işinin materialları yaxın günlərdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək.

Məlumata görə, general və onunla birlikdə təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 40 milyon manata yaxın mənimsənilən vəsait dövlət büdcəsinə ödənilib. 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalar zamanı Müdafiə Nazirliyinin maliyyə strukturlarında mənimsəmə faktları müəyyən edilib, yüksəkvəzifəli maliyyə xidmət rəisləri ilə yanaşı Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov da xüsusilə külli miqdarda mənimsəmə cinayətlərində ittiham edilərək həbs edilib.

Samir Əli