-
- 30-08-2023, 13:42
- 250
ABŞ casusu Zelenskiyə xəbərdarlıq ETDİ
"Ukrayna lideri Volodimir Zelenski həyatını xilas etmək üçün tam məğlubiyyətə qədər hakimiyyətdən getməli və ölkəni tərk etməlidir".
News24.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skot Ritterə deyib.
"Ağıllı olsaydı, xaricə gedər və bir daha geri qayıtmazdı. Ukrayna xalqının pulu və ABŞ vətəndaşlarının vergisi ilə alınan bir neçə milyon dollara təqaüdə çıxıb evlərdən birində gizlənərdi" dedi.
Amerikalı qeyd edib ki, hazırda Zelenski Qərbin diqqətindən asılıdır, ona görə də o, hakimiyyətdən əl çəkmək niyyətində deyil.
"Bu isə onu məhv edəcək",- deyə Ritter bildirib. Onun fikrincə, Ukrayna lideri ya düşmənin, ya da öz xalqının əli ilə öləcək.
Aynurə