-
- 30-08-2023, 13:53
- 221
Məhkəmə tanınmış blogeri CƏRİMƏLƏDİ
Moskva Savelovski Məhkəməsi “Vətəndaş Cəmiyyəti” təşkilatının lideri, Libertar Partiyasının fəalı, bloger Mixail Svetovu (Rusiya Federasiyasında xarici agent kimi tanınan) əcnəbilərin fəaliyyəti ilə bağlı qaydaları pozduğuna görə 40 min rubl məbləğində cərimələyib.
News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb .
"Svetov 40 min rubl məbləğində inzibati cərimə cəzasına məhkum edilib", - məhkəmənin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, fəal xarici agentin Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş məlumatı səlahiyyətli orqana təqdim etməməsi maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinib.
Aynurə