Məhkəmə Marina Ovsyannikova barədə qərar verdi
    • 15-03-2022, 21:15
    • 1 433

Məhkəmə Marina Ovsyannikova barədə qərar verdi

Moskvanın Ostankino Məhkəməsi Marina Ovsyannikovanı canlı yayım zamanı “Birinci Kanal”da yayımlanan “Vremya” verilişinin studiyasına girdiyinə görə 30 min rubl cərimələyib.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat katibi Kristina Yavkina məlumat verib.

Ovsyannikov Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsi (Xəbərdarlıq vermədən kütləvi tədbirin təşkili və ya keçirilməsi) ilə təqsirli bilinərək 30 min rubl cərimələnib.

Qeyd edək ki, kanalın əməkdaşı Mariya Ovsyannikova martın 14-də xəbərlər proqramının canlı yayımı zamanı studiyada kameralar qarşısına çıxaraq, üstündə “Müharibəyə yox” sözləri yazılmış plakat açıb və “müharibəni dayandırın!” şüarı səsləndirib.