Liderlərin görüşü ilə bağlı Peskovdan AÇIQLAMA
    • 30-08-2023, 14:23
    • 172

Liderlərin görüşü ilə bağlı Peskovdan AÇIQLAMA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin yaxın vaxtlarda Rusiyada görüşəcək.

News24.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov Putin və Ərdoğan arasında mümkün görüşlə bağlı sualı cavablandırıb: “O, tezliklə Rusiyada baş tutacaq”.

O qeyd edib ki, Kreml Ərdoğanın Rusiyaya səfərinin vaxtı ilə bağlı rəsmi açıqlama verəcək.

Aydan