Şəhid Şahinin xanımı tələbə adını QAZANDI
    • 31-08-2023, 08:24
    • 697

Şəhid Şahinin xanımı tələbə adını QAZANDI

 Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun xanımı Kəmalə Allahyarova Azərbaycan Universitetinin tələbəsi adını qazandı.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri" feysbuk səhifəsi paylaşım edib.

Qeyd edək ki, Şahin Allahyarovun Vətən müharibəsi zamanı ailəsinə etdiyi vəsiyyət günlərlə sosial şəbəkə və medianın gündəminə çevrilmişdi. O, döyüş zamanı çəkdiyi videoda həyat yoldaşı Kəmalə xanımdan yeni doğulacaq körpələrinə öz adının – Şahinin verilməsini istəmişdi.

Leyla SƏMƏNDƏR