Tələbə adını qazanan ŞƏHİD ÖVLADLARI
    • 31-08-2023, 12:58
    • 205

Tələbə adını qazanan ŞƏHİD ÖVLADLARI

Dövlət İmtahan Mərkəzi (DİM) 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə yerləşdirməsinin nəticələrini elan edib.

Ali təhsil müəssisələrinin tələbəsi adı qazanmış 51941 abituriyent arasında şəhid övladları da var.

News24.az -ın məlumatına görə, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova tələbə adını qazanmış şəhid övladlarının siyahısnı hazırlayıb.

Həmin siyahını təqdim edirik.

Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin bu il tələbə adını qazanmışn övladları:

Şəhid polkovnik-leytenant Mehman Qənbərovun oğlu Nurlan Qənbərov - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Energetika mühəndisliyi;

Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu - İstanbul Texniki Universiteti, ADA Universiteti;

Şəhid polkovnik-leytenant Nail Orucovun oğlu Əlihəsən Orucov - Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sənaye mühəndisliyi;

Şəhid baş leytenant Azər Şəmilovun qızı Aynurə Şəmilova - ADA Universiteti, Hüquqşünaslıq;

Şəhid çavuş Niyazi İsgəndərovun oğlu Ömər İsgəndərov - Mingəçevir Dövlət Universiteti, İnformasiya texnologiyaları;

Şəhid polkovnik-leytenant Atəm Əliyevin oğlu Vaqif Əliyev - Giresun Universiteti, İqtisadiyyat;

Şəhid polkovnik Zaur Nudirəliyevin oğlu Ömər Nudirəliyev - Azərbaycan Memarlıq və İnşaat Universiteti, Kommunikasiya sistemləri mühəndisliyi;

Şəhid baş leytenant Elmar İbayevin oğlu Hikmət İbayev - Alanya Alaaddin Keykubat Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti;

Şəhid mayor Əhməd Abdullayevin oğlu Hüseyn Abdullayev - ADNSU, Elektrik və elektronika mühəndisliyi;

Şəhid çavuş Bəxtiyar Bəkirovun oğlu Yavər Bəkirov - Azərbaycan Tibb Universiteti, Hərbi tibb;

Şəhid mayor Elşad Həsənovun qızı Aysun Həsənli - Xəzər Universiteti, Təsviri incəsənət müəllimliyi;

Şəhid çavuş Rahib Fətəliyevin qızı Tavat Fətəliyeva - Azərbaycan Dövlət Pedoqoji Universiteti, Riyaziyyat müəllimliyi;

Şəhid baş leytenant Orxan Əsgərovun qızı Aysu Əsgərli - Bursa Uludağ Universiteti, Diş həkimliyi:

Şəhid miçman Mirzə Axundovun oğlu Ağasəlim Axundzadə - İstanbul Aydın Universiteti, Biomedikal;

Şəhid mayor Sübhi Mürsəliyevin oğlu Rüstəm Mürsəliyev – Azərbaycan Texniki Universiteti, Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi;

Şəhid mayor İlqar Verdiyevin oğlu Orxan Verdizadə - ADA Universiteti, Biznesin idarə edilməsi.

Tələbə adı qazanan bütün şəhid övladlarını təbrik edir və gələcək həyatlarında uğurlar arzulayırıq!