NATO Qarabağ münaqişəsinə münasibət bildirib
    • 11-03-2019, 20:34
    • 1 015

NATO Qarabağ münaqişəsinə münasibət bildirib

"Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər".

News24.Az bildirir ki, bu barədə “RİA Novosti”də məlumat verilib. Məlumatda bildirilir ki, bunu İrəvanda jurnalistlərə deyən NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay əlavə olaraq bunları deyib:
“Biz münaqişələrin həllinə cəlb olunmuruq, amma müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sülh olmasında maraqlıdır... NATO-nun rəyincə, bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər, uğurlu hərbi variant yoxdur. Bu mövqeyi bütün tərəflərin nəzərinə çatdırıram”, - deyə o qeyd edib.