-
- 31-08-2023, 17:27
- 420
Tanınmış tiktoker yenidən həbs olundu
Sosial şəbəkələrdə vətəndaşların ünvanına nalayiq ifadələr işlədən Rəşad İsmayılov saxlanılıb.
News24.az-ın məlumatına görə, o Tərtər Rayon Polis Şöbəsinə edilən müraciətlər əsasında şöbəyə dəvət edilib.
Onun barəsində araşdırma aparılıb və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib. Tərtər rayon Məhkəməsinin qərarı ilə R.İsmayılov 15 sutka inzibati qaydada həbs olunub.
Məlumatı News24.az-a DİN Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.
Samir Əli