Yeni virus xəbərdarlığı: Peyvənd olunanların yoluxma ehtimalı yüksəkdir!
    • 31-08-2023, 18:32
    • 345

Yeni virus xəbərdarlığı: Peyvənd olunanların yoluxma ehtimalı yüksəkdir!

Dünyada milyonlarla insanın həyatını itirməsinə səbəb olan Koronavirus intensiv peyvənd kampaniyaları və tədbirlərlə nəzarət altına alınsa da, hələ də böyük risk olaraq qalır.

News24.az xəbər verir ki, dünyanı yenidən təşvişə salan variant Eris deyil, “ PIROLA ” adlı BA.2.86 variantıdır.

ABŞ səhiyyə rəsmiləri ötən həftə BA.2.86 variantının çox sayda mutasiyaya malik olduğunu və daha əvvəl peyvənd olunmuş insanlara yoluxma ehtimalının daha yüksək olduğunu açıqlamışdı.

İlk dəfə Danimarka, İsrail, Cənubi Afrika, ABŞ və İngiltərədə görülən variant, son həftələrdə səyahət tarixi olmayan insanlarda görüldü ki, bu da xəstəliyin birdən çox bölgəyə yayıldığını göstərir.

Alimlər BA.2.86 haqqında hələ çox az şey bilirlər, ona görə də onun potensial təsirini proqnozlaşdırmaq çətindir. Lakin İngiltərə son hadisələrdən sonra təşvişə düşüb və peyvənd işlərini sürətləndirib.

Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) qışın yaxınlaşması və peyvəndlərin sentyabrın 11-dən etibarən mövcud olacağı üçün həssas insanları qorumaq üçün peyvənd kampaniyasını gücləndirdiyini açıqlayıb.

Aydan