-
- 13-03-2019, 13:54
- 1 080
Ölkəmizə qızılcaya qarşı peyvənd vaksinləri gətirilib
Ölkə poliknikalarına 20-40 yaş arası vətəndaşlara tətbiq olunması üçün qızılacaya qarşı peyvənd vaksinləri gətirilib. Hər bir poliknikada bunun üçün ayrıca otaqlar ayrılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov News24.Az-a açıqlamasında xəbəri təsdiqləyib. Onun sözlərinə görə, hazırda peyvənd üçün yüz atmış min toz gətirilib:
“Sözügedən vaksinlər peyvənd olmayan vətəndaşlar üçün gətirilib. 20-40 yaş arası risk qrupuna daxil olan adamlardır. Yəni bu yaş arası olan insanların qızılcaya tutulma ehtimalı daha çoxdur. Amma peyvənd vaksinləri yalnız o insanlar üçün deyil, üstəlik, peyvəndləməyən əhalini üçün də nəzərdə tutulub. Müəyyən vətəndaşlar var ki, hansısa səbəbdən peyvənd olunmayıblar. Onlara təklif olunur ki, gelib peyvənd olunsunlar. Əslində, bu, məcburi deyil. Amma yenə də poliklinikalardan evlərə zəng edib məlumat verilir. Gəlib-gəlməmək vətəndaşın öz istəyindən asılıdır”.
Qurum rəsmisi onu da bildirib ki, bu günə kimi qızılca ilə nəticələn ölüm hadisəsi olmayıb:
“Ümumiyyətlə, Azərbaycanda uzun illər olar ki, qızılca yox idi. Sadəcə son vaxtlar Avropada, Gürcüstanda, Rusiyada bu xəstəlik birdən-birə yayıldı. O ölkələrə gediş-gəliş olduğu üçün xəstəlik bizdə də yayılıb. Ötən ilin sonundan bu günə kimi 150 nəfərdə qızılca aşkarlanıb. Onların da hamısı sağalıb. Sadəcə olaraq o, xəstələnənləri yoxlayanda məlum olub ki, onların hər biri hansısa səbəbdən peyvənd olmayıb. Bu xəsətəliyə qarşı bir dəfə peyvənd vurulanda ömürlük bəs edir. Bəzən məktəblərdə valideynlər uşaqlarına peyvənd vurulmasına icazə vermir. İndi də həmin uşaqlar 20 yaşına çataraq, risk qrupuna daxil olublar. Gətirilən 160 min toz bütün poliknikalara paylanılıb”.
Sevinc YASİNQIZI