"Xəzər TV"də İftar vaxtı AZAN SƏSLƏNDİ- VİDEO
    • 15-04-2022, 14:45
    • 3 395

"Xəzər TV"də İftar vaxtı AZAN SƏSLƏNDİ- VİDEO

“Xəzər” Televiziyasında yayımlanan, müğənni Könül Kərimovanın aparıcılıq etdiyi “Xəzər axşamı” verilişində azan səslənib.

News24.az xəbər verir ki, azanı müğənni Emil Rəhmanov səsləndirib.

Hazırda müqəddəs Ramazan ayını yaşadığımız günlərdə azanın verilməsi iftar vaxtına təsadüf edib. Bu isə izləyicilərin rəğbətinə səbəb olub.

“Xəzər axşamı” verilişinin sosial şəbəkə hesablarında çoxsaylı izləyicilər müsbət şərhlər yazıb. Onlar “Xəzər” Televiziyasının rəhbərliyinə belə incə məqamlara diqqət etdikləri üçün minnətdarlıqlarını bildiriblər. 

Xatırladaq ki, yeni efirə çıxan “Xəzər axşamı” verilişinin ötən günkü qonaqları sevilən aktyor Rəhman Rəhmanov, oğlu -  müğənni Emil Rəhmanov və gəlini müğənni Sabrina Qəmzəyeva olub.