Ermənistandan NÖVBƏTİ TƏXRİBAT: 2 HƏRBİ QULLUQÇUMUZ...
    • 1-09-2023, 10:55
    • 259

Ermənistandan NÖVBƏTİ TƏXRİBAT: 2 HƏRBİ QULLUQÇUMUZ...

Sentyabrın 1-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Xəbərə görə, nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.

"Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür", MN-dən bildirilib.