Çingiz Ağayev həbs edildi - MƏHKƏMƏ
    • 1-09-2023, 11:20
    • 416

Çingiz Ağayev həbs edildi - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz satışında təqsirləndirilən Çingiz Ağayevin cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.

News24.az-ın məlumatına görə,hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 15-nə təyin edilib.

İttihama görə, Sabunçu rayon polis idarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Ç.Ağayev saxlanılıb. Baxış zamanı onun üzərindən 1 kiloqram heroin aşkar edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi üzrə ittiham elan olunub.

Xatırladaq ki, Ç.Ağayev dəfələrlə bu maddə ilə həbs edilib.

Samir Əli