Narkotikə görə həbs olunmuş şəxs bəraət aldı
    • 16-05-2023, 16:03
    • 415

Narkotikə görə həbs olunmuş şəxs bəraət aldı

Külli miqdarda qanunsuz narkotik daşımaqda ittiham olunan Saleh Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

News24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Saleh Əliyevin cinayət əməli törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub, o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Saleh Əliyev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.