Oxumaq istəməyən məktəbli qız özünü ÖLDÜRDÜ
    • 1-09-2023, 12:05
    • 235

Oxumaq istəməyən məktəbli qız özünü ÖLDÜRDÜ

Moskva vilayətində 10-cu sinif şagirdi sentyabrın 1-i ərəfəsində təhsil almaq istəmədiyi üçün intihar edib. 

News24.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Qızın meyiti Naro-Fominsk şəhərinin Voykov küçəsindəki çoxmərtəbəli binada tapılıb. Məktəbli qız ölümündən öncə məktub yazıb və oxumaq istəmədiyi üçün intihar etdiyini qeyd edib.

Qeyd edək ki, qızın atası sahibkar, anası isə dövlət strukturunda işləyir. 

Yaxınlarının dediyinə görə, qızın əvvəllər intihar etmək fikri olmayıb.

Aynurə