-
- 1-09-2023, 18:19
- 829
Etirazlara baxmayaraq, pensiya yaşı QALDIRILDI
Sentyabrın 1-dən Fransa hökumətinin pensiya islahatları çərçivəsində qəbul etdiyi və böyük ictimai etirazlara səbəb olan bir sıra qərarları qüvvəyə minib.
News24.az TASS-a istinadla xəbər verir ki, əsas dəyişikliklərdən biri pensiya yaşının artırılmasıdır. Payızın əvvəlindən tam ödənişlər almaq üçün minimum pensiya yaşı 62 deyil, 62 yaş 3 ay olacaq.
Hakimiyyət orqanlarının planlaşdırdığı kimi, bu hədd hər il üç ay artacaq və 2030-cu ilə qədər bu göstərici 64 yaşa çatdırılacaq.
Bundan əlavə, Fransa vətəndaşları tam pensiya almaq üçün daha çox işləməli olacaqlar, çünki əksər pensiya sistemləri üçün tələb olunan iş stajı 2027-ci ilə qədər 42 ildən 43 ilədək artacaq.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron aprelin 15-də pensiya islahatları ilə bağlı fərman imzalayıb və bundan sonra ölkənin hər yerində etiraz aksiyaları keçirilib.
Akqabay