-
- 1-09-2023, 18:30
- 236
Sabiq deputatın ittihamı AĞIRLAŞDIRILDI
Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilərək həbs edilən sabiq deputat Nazim Bəydəmirliyə qarşı ittiham ağırlaşdırılıb.
Bu barədə News24.az-a təqsirləndirilən şəxsin vəkili Aqil Layıc məlumat verib.
O bildirib ki, yeni ittihama görə, Nazim Bəydəmirli 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində hədə qorxu ilə pul tələb edib.
Nəticədə hədə-qorxu ilə tələb etmənin alt bəndinə əsasən, hədə-qorxu təkrarən tələb etmə maddəsi ilə, yəni Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsiylə yenidən ittiham irəli sürülüb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Vətəndaş polisə müraciət edərək N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir.
Sabiq deputata Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.
Nərimanov rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə baxılıb. Məhkəmə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
Samir Əli