Bakıda 5 ayın gəlini iş yerində öldü – ŞOK HADİSƏ
    • 12-03-2019, 11:18
    • 2 187

Bakıda 5 ayın gəlini iş yerində öldü – ŞOK HADİSƏ

Bakıda orta məktəbdə çalışan gənc müəllim qəfil dünyasını dəyişib. 

News24.Az bildirir ki, məlumata görə, Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbində fiziki tərbiyə müəllimi kimi çalışan 22 yaşlı Gülnar Balarza qızı Əliyeva dərs prosesi zamanı dünyasını dəyişib. Ona kömək edilməsi üçün təcili yardım çağırılsa da, gizli infarct keçirən gənc qadını xilas etmək mümkün olmayıb. 5 ayın gəlini olan müəllimin təzyiq xəstəsi olduğu məlum olub.

Taleh BAĞIROV