Daha bir aktrisa plastik əməliyyatdan sonra ÖLDÜ
    • 2-09-2023, 11:27
    • 1 621

Daha bir aktrisa plastik əməliyyatdan sonra ÖLDÜ

43 yaşlı argentinalı aktrisa və model Silvina Luna uğursuz plastik əməliyyatın nəticələrindən dünyasını dəyişib. 

News24.az xəbər verir ki, bu barədə "Buenos Aires Times" məlumat yayıb.

Qeyd olunur ki, aktrisa avqustun 31-də 79 gün qaldığı Buenos-Ayresdə xəstəxanada dünyasını dəyişib. Luna iyunun 13-də kəskin böyrək çatışmazlığına səbəb olan hiperkalsemiya ilə xəstəxanaya yerləşdirilib.

Nəşrin məlumatına görə, Luna 2010-cu ildə estetik əməliyyat keçirib, nəticədə onun bədəninə zəhərli maddə daxil olub. Bu səbəbdən o, böyrək transplantasiyasına ehtiyac duyub və bundan sonra həftədə üç-dəfə dörd saatlıq dializ seansından keçməli olub.

Aynurə