Avropada təbii qaz bahalaşıb
    • 2-09-2023, 12:49
    • 388

Avropada təbii qaz bahalaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 410 ABŞ dollarını ötüb.

News24.az xəbər verir ki, 1 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 411,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (394,8 dollar) ilə müqayisədə 4,2% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.