Dünyanın ən uzun saçlı qadını seçildi: YENİ REKORD - FOTO
    • 2-09-2023, 22:00
    • 266

Dünyanın ən uzun saçlı qadını seçildi: YENİ REKORD - FOTO

Qadınlar arasında keçirilən ən uzun saç yarışmasının qalibi bəlli olub. 

News24.az xarici mediaya istinadən xəbər verir, 58 yaşlı amerikalı Tami Manis yarışmanın qalibi olub. 

Bununla da Manis 172,72 santimetr uzunluğunda saçları ilə Ginnesin Rekordlar Kitabına düşüb. O, indiyə qədər qeydə alınan ən maraqlı rekordlardan birinə imza atıb. 

Daha əvvəl 1000 nəfərin qatıldığı saç yarışmasından 300 dollar qazandığını deyən Manis, Ginnesdən aldığı rekord sertifikatın onun üçün möhtəşəm bir qazanc olduğunu vurğulayıb. 

Saçlarını özündən uzun olduğu üçün adətən onları hördüyünü qeyd edən Manis, saçlarının bu qədər uzanmasında genetik xüsusiyyətlərinin də təsiri olduğunu bildirib.

Günəş Mərd