Sivasda dolu avtomobillərə CİDDİ ZİYAN VURDU - FOTO
    • 2-09-2023, 23:32
    • 176

Sivasda dolu avtomobillərə CİDDİ ZİYAN VURDU - FOTO

Sivasın Altınyayla səmtində yağan dolu nəticəsində çox sayda avtomobilə ziyan dəyib.

News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, axşam saatlarında yağan dolu səbəbindən bir çox avtomobilin şüşələri qırılıb, kapotları zədələnib.

Bəzi evlərin damındakı günəş enerjisi sistemlərinin şüşələri də çatlayıb.

Təxminən 15 dəqiqə yağan doludan sonra rayon ağarıb.

Günəş Mərd