-
- 3-09-2023, 19:07
- 185
İƏT nümayəndə heyətinin rəhbəri: Füzulidə dağıdılan məzarlıqları görəndə..."
İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri olaraq bu yerlərə səfərə gələn nümayəndə heyətinə başçılıq edirəm. Təxminən iki il əvvəl nümayəndə heyəti Komissiyanın faktaraşdırıcı missiyası ilə birlikdə buraya səfər etmişdi. Bu səfərin məqsədi son nümayəndə heyətindən sonra gəlib nə baş verdiyini görməkdir. Səfər zamanı biz çox təsirləndik.
News24.az xəbər verir ki, bunu erməni işğalından azad olunan Füzuli rayonuna səfər edən İƏT MDİHK sədri Muhammad Laval Sulaiman AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.
İşğaldan azad edilən ərazilərdə yenidənqurma işlərini görməkdən məmnun olduqlarını dilə gətirən sədr deyib: “Yeni hazır olan məktəblə tanışlıq zamanı bizə məlumat verildi ki, yaxın bir neçə həftə ərzində uşaqlar məktəbə gələcəklər. Eyni zamanda, tikilməkdə olan mənzilləri görmək çox xoşdur. Burada yaşayacaq insanların rahatlığı istiqamətində ciddi işlər görülür”.
Nümayəndə heyətinin baş çəkdiyi yerlərdən birinin də məscid olduğunu diqqətə çatdıran Muhammad Laval Sulaiman əlavə edib: “Vaxtilə burada heyvan saxlamağa icazə veriblər və biz bilirik ki, ümumiyyətlə, İslam qaydalarında donuzların saxlanması düzgün deyil. Biz bundan məmnun deyilik. Dağıdılan məzarlıqları görəndə çox məyus oldum. Kütləvi şəkildə dağıdılmış yerlərdə gördüklərim məni çox təəssüfləndirdi. Bəzi qəbirlərin qazılmasından, meyitlərin qızıl dişlərinin çıxarılmasından dəhşətə gəldim. Bunlar hamısı vandalizmdir”.