Ankarada leysan: Yollar gölə çevrildi
    • 3-09-2023, 22:35
    • 137

Ankarada leysan: Yollar gölə çevrildi

Günorta saatlarından Ankarada başlayan leysan bir sıra fəsadlar törədib.

News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, güclü yağıntı səbəbindən bəzi küçələrdə və yeraltı keçidlərdə gölməçələr yaranıb.

Küçələrdə toplanan su səbəbindən avtomobillər irəliləməkdə çətinlik çəkib.

Küçə və yollarda yığılan suyun boşaldılması üçün işlər başladılıb.

Günəş Mərd