Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
    • 3-09-2023, 23:52
    • 157

Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi

Mingəçevirdə batma təhlükəsi ilə üzləşən şəxs xilas olunub.

News24.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mingəçevir” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.