Nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşən şəxs xilas olundu
    • 2-06-2022, 22:54
    • 307

Nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşən şəxs xilas olundu

Mingəcevirdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir sularında xilasetmə məntəqəsinin ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.