Ukraynanın müdafiə naziri KRIM TATAR TÜRKÜ OLACAQ
    • 4-09-2023, 01:00
    • 237

Ukraynanın müdafiə naziri KRIM TATAR TÜRKÜ OLACAQ

Ukrayna prezidenti Volodimir Zelenski Krım tatar türkü Rustem Umerovun müdafiə naziri təyin edilməsi barədə qərar verib. 

News24.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Keçmiş deputat Rustem Umerov 2022-ci ilin sentyabrından Ukraynanın Dövlət Sərvət Fondunun rəhbəridir. Umerovun Ukrayna üçün müharibə razılaşmalarında, xüsusilə Qara Dəniz Taxıl Təşəbbüsündə mühüm rola malik olduğu bildirilir. 

Qeyd edək ki, Zelenski bundan öncə sosial media hesabında Ukraynanın müdafiə naziri Aleksey Reznikovun vəzifəsindən azad edildiyini açıqlamışdı.

Günəş Mərd