"Zelenski Krımı unutmalıdır"- Türkiyəli siyasətçi
    • 25-08-2023, 09:44
    • 169

"Zelenski Krımı unutmalıdır"- Türkiyəli siyasətçi

Türkiyədə Krımın Dostları Assosiasiyasının sədri  , Türkiyənin Krım Tatarları Mədəniyyət Cəmiyyətləri Federasiyasının rəhbəri Ünver Sel Ukrayna lideri Vladimir Zelenskiyə Krımı unutmağı və Ukraynanın keçmiş sərhədlərini bərpa etməyi tövsiyə edib.

News24.az xəbər verir ki, bu barədə "Ria Novosti"məlumat yayıb.

“Zelenski Krımı və Ukraynanın keçmiş sərhədlərinin bərpasını unutmalıdır” deyən o, Ukrayna prezidentini “Qərb jurnallarının üz qabığındakı ulduz” adlandırıb.

Sel xatırladıb ki, yarımadanın sakinləri özləri 2014-cü ildə referendumda birmənalı və aydın qərar qəbul ediblər. Türkiyəli siyasətçi vurğulayıb ki, Ukrayna yenidən Krımı öz ərazisinə çevirə bilməyəcək.

Aydan