Ərdoğan Putinlə bunları müzakirə edəcək
    • 4-09-2023, 10:29
    • 103

Ərdoğan Putinlə bunları müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı Ankaranın Ukraynadakı silahlı münaqişənin həllində vasitəçilik etməyə  hazır olduğunu açıqlayacaq.

News24.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Türkiyə lideri regionda davamlı sülh və sabitliyin bərqərar olmasının vacibliyini vurğulayacaq və Türkiyənin davamlı sülhün təmin edilməsi üçün birbaşa danışıqların təşkili də daxil olmaqla, vasitəçi rolunu öz üzərinə götürməyə və lazımi dəstəyi verməyə hazır olduğunu söyləyəcək.

“Milliyet” qeyd edir ki, prezidentlərin görüşündən əvvəl “ Rusiyanın “taxıl müqaviləsi”nə qayıtmasına ümid var.

Aydan