Ərdoğan Putinlə bu məsələləri müzakirə edəcək
    • 13-07-2023, 19:09
    • 268

Ərdoğan Putinlə bu məsələləri müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə meşə yanğınları ilə mübarizə üçün Rusiyadan əlavə amfibiya təyyarələrinin alınması məsələsini müzakirə etmək niyyətində olduğunu açıqlayıb. 

News24.az TASS-a istinadla xəbər verir ki, bunu Türkiyə lideri NATO-nun Vilnüs sammitində onu müşayiət edən jurnalistlərə deyib.

“Ümid edirəm ki, Putinlə mən bir neçə amfibiya təyyarəsinin alınması məsələsini müzakirə edəcəyik. Bu təyyarələr yanğınların söndürülməsində çox effektivdir”, - deyə Ərdoğan bildirib.

İyulun 12-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşünün tarixlərinin hələ müəyyən edilmədiyini açıqlayıb.

Bir neçə gün əvvəl Ərdoğan Rusiya liderinin avqustda Türkiyəyə səfərini gözlədiyini açıqlamışdı.

Akqabay