Bu ölkə Rusiyanın 1 milyard dollarını Ukraynaya VERƏCƏK
    • 4-09-2023, 11:07
    • 293

Bu ölkə Rusiyanın 1 milyard dollarını Ukraynaya VERƏCƏK

ABŞ Ədliyyə Nazirliyi Rusiyanın dondurulmuş bir milyard dollarlıq aktivlərini Kiyevə köçürmək istəyir. 

News24.az xəbər verir ki, bu barədə CBS nəşri məlumat yayıb.

2022-ci ilin fevralından- Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ABŞ səlahiyyətlilərinin Rusiyanın dünya üzrə 1 milyard dollardan çox aktivini ya müsadirə etdiyi, ya da ələ keçirilməsinə kömək etdiyi bildirilir.

Ukrayna baş prokurorunun birinci müavini Liza Monako nəşrə deyib: “Biz Konqresdən alınan vəsaiti Ukrayna xalqının xeyrinə istifadə etmək üçün icazə istəyirik”.

ABŞ Rusiya Federasiyasının dondurulmuş aktivlərindən müharibə zamanı dağılmış Ukrayna infrastrukturunu bərpa etmək üçün istifadə etməyi düşünür.

Akqabay