Bayden Ukraynanı Rusiya ilə səhv saldı
    • 4-05-2022, 01:54
    • 469

Bayden Ukraynanı Rusiya ilə səhv saldı

ABŞ prezidenti Co Bayden çərşənbə axşamındakı çıxışında Ukraynanı Rusiya ilə səhv salıb.

O, ABŞ-ın Ukraynaya deyil, Rusiyaya “Javelin” tank əleyhinə raket sistemləri verdiyini deyib.

“Rusiyanın hücumundan əvvəl biz müdafiəni gücləndirmək üçün Rusiyanın “Javelin” və digər silahlara malik olmasından arxayın olduq”, - deyə o bəyan edib.

Dövlət başçısı çıxışı zamanı daha bir dəfə səhv edərək Konqresdən Ukraynaya dəstək üçün istədiyi 33 milyard dollarlıq əlavə paketin həcmini 300 milyard dollar kimi qeyd edib./Oxu.az/