"Aİ-nin Ukrayna qarşısında xüsusi məsuliyyəti var"
    • 21-06-2023, 16:06
    • 290

"Aİ-nin Ukrayna qarşısında xüsusi məsuliyyəti var"

Avropa İttifaqının Ukrayna qarşısında xüsusi məsuliyyəti var. 

News24.az
CNN-ə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

Londonda Ukraynanın Yenidənqurulması Konfransında çıxış edən fon der Leyen deyib ki, o, Ukraynanın ittifaqın bir hissəsi olacağına şübhə etmir

AK rəhbəri bildirib ki, Ukraynanın yenidən qurulmasına investisiya yatırmaq üçün “özəl kapitalın müdaxiləsi” lazımdır.

O, əlavə edib ki, Avropa Komissiyası yay tətili öncəsi Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukraynanın maliyyələşdirilməsinə sərf olunması ilə bağlı təkliflə çıxış edəcək. Ursula fon der Leyen Ukraynanın büdcə kəsirinin təxminən 60 milyard avro (65,5 milyard dollar) olduğunu bildirib.

Akqabay