-
- 4-09-2023, 12:24
- 495
"Sədərək"də sahibkar "lomla" vuruldu - MƏHKƏMƏ İŞİ
Bakı Ağır Cinayətlər Məhkəməsində "Sədərək"Ticarət Mərkəzində sahibkara qarşı quldurluqda təqsirləndirilən Elnur Əmənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
News24.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili bildirib ki, müvəkkilinin ailə üzvləri dəymiş ziyanın ödənilməsi ilə bağlı zərərçəkmişlə danışıqlar aparır.
Zərərçəkmiş şəxs isə bildirib ki, onunla bağlı bu barədə heç kim danışmayıb və dəymiş ziyan ödənilməyib.
İş üzrə növbəti məhkəmə prosesi sentyabrın 26-na təyin olunub.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzində qeydə alınıb.
Belə ki, E.Əmənov sahibkar Şakir Ağayevin başına dəmir alətlə (lomla) xəsarət yetirib. O, mağazadan 30 min manat pul götürərək qaçıb.
E.Əmənova qarşı Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
Samir Əli