Prokuror arvadını ölümcül yaralayana 7 il cəza istədi
    • 9-08-2023, 16:54
    • 323

Prokuror arvadını ölümcül yaralayana 7 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Rəfail Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

News24.az-ın məlumatına görə, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxsin 7 il azadlıqdan məhrum edilməsini istəyib.
 
İş üzrə növbəti məhkəmə prosesi avqustun 22-nə təyin olunub. 

İttihama görə, hadisə bu ilin yanvarın 6-da Nizami rayonunda, İ.Məmmədov küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Rəfail Quliyev kirayə yaşadıqları evdə arvadı, 1985-ci il təvəllüdlü Xalidə Quliyevanın qarın nahiyəsindən 1 bıçaq xəsarəti yetirib. 

Daha sonra yaralı Sabunçu Tibb Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. 

Hadisəni törədən Rəfail Quliyevin barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin sağlamlığına ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Samir Əli